Bakı-Sumqayıt magistral yolunda avtoqəza qeydə alınıb. Bu haqda 19 avqust tarixində Sumqayıt24 məlumat verir.
Hadisə ötən gün axşam saatlarında “Riyad” ticarət mərkəzinin yaxınlığında baş verib. “Daewoo” və “Kia” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alanların olub-olmadığı haqda məlumat yoxdur.
Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.