Bakı-Sumqayıt yolunda ətrafa yayılan tüstü ilə bağlı şikayət var.
Sumqayit24.az-a daxil olan iddiaya görə, Sumqayıt şəhərinə girişin yaxınlığında fəaliyyət göstərən müəssisələrdən birindən yayılan tüstü sakinlərin narazılığına səbəb olub.
Qeyd olunub ki, hər gün axşam saatlarında ərazini pis qoxulu tüstü bürüyür.
"Son zamanlar güclü tüstü yayılır. Axşam qaranlıq düşən kimi ətraf tüstüyə qərq olur, ərazidə hərəkət etmək çətinləşir", - deyə sakinlər narahatlıqlarını bildiriblər.
Vətəndaşlar aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və problemin həll edilməsini tələb edirlər.