Bakı-Sumqayıt yolunda taksi xidmətinin qiyməti yüksəlib. Sumqayıt24 bu barədə 12 sentyabr tarixində xezerxeber.az-a istinadən məlumat verir.
Əksər hallarda 1 manata gedilən yola görə bəzi saatlarda sürücülər 2 manat alırlar. Taksi sürücüləri bildirib ki, buna səbəb bütün zəruri məhsulların qiymətində olan bahalaşmadır. Bundan başqa, pik saatlarda sözügedən yolda yaşanan tıxaclar da qiymətlərin artmasına, həmçinin reyslərin azalmasına birbaşa təsir göstərir.
Sərnişinlər də müəyyən saatlarda qiymətlərdə artımın olmasını təsdiqləyirlər. Onların sözlərinə görə, günün əksər vaxtlarında qiymət 1 manat olsa da, pik saatlarda 2 manata qalxır.