"Mercedes" markalı minik avtomobili yanıb. Sumqayıt24 bu haqda 15 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün günorta saatlarında baş verib. Bakı-Sumqayıt yolunun 25-ci kilometrində “Mercedes”in salonu yanıb.
FHN-in əməkdaşları alovu söndürüblər. Avtomobilin qalan hissəsi mühafizə olunub.