Bakı-Sumqayıt magistral yolunda yerüstü piyada keçidinin inşasına start verilib. Bu haqda 13 aprel tarixində Sumqayıt24 AAYDA-ya istinadən xəbər verir.
Piyada keçidi magistral yolun “Socar” YDM-nin yaxınlığında tikilir. Ümumi uzunluğu 45 metr, eni 3.5 metr, yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. Həmçinin fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində avtobus dayanacağının tikintisi nəzərdə tutulub.