top
Bakıda çalışan sumqayıtlıların nəzərinə - İş qrafiki dəyişə bilər
11 iyun 2026, 10:20
- +

Bakıda çalışan sumqayıtlıların nəzərinə - İş qrafiki dəyişə bilər

"Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər".

Sumqayit24.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub:

"Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq. Proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq".

O, əlavə edib ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir:

"Təhlillər göstərir ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır. Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır. Gözlənilir ki, 2026-cı ildə Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi reallaşacaq. Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək. Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır".

Son xəbərlər

İdman
Bu gün, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Bu gün, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Bu gün, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Bu gün, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Bu gün, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Bu gün, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Bu gün, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Bu gün, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Bu gün, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Bütün xəbərlər
Bu gün, 11:39

İham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bütün xəbərlər
Bu gün, 10:42

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün xəbərlər
Bu gün, 10:15

"Avtovağzal" metrosunda ödənişsiz giriş - SON VƏZİYYƏT

Bütün xəbərlər
Bu gün, 09:51

DYP piyadalara müraciət etdi

Bütün xəbərlər
Bu gün, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
Dünən, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
Dünən, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
Dünən, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
Dünən, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Oxşar xəbərlər