Sumqayıtda uşaq şairi Məmməd Namazın 80 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu barədə 12 sentyabr tarixində Sumqayıt MKS-yə istinadən xəbər veririk.
"Uşaq şairi uşaq kimidir" adlı poeziya dəqiqələri 43 saylı uşaq bağçasında baş tutub. Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları tərəfindən balaca fidanlara şairin yaradıcılığına aid şeir parçaları səsləndirilib. Tədbir uşaqların böyük marağına səbəb olub.