Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin (UİM) şagirdləri uğura imza atıblar. Sumqayıt24 bu haqda 6 aprel tarixində Regional Mədəniyyət İdarəsinə (RMİ) istinadən xəbər verir.
Rəqs sinfinin şagirdləri Xədicə Əliyeva və Ömürnur İbrahimli "Astana Stars" Beynəlxalq Festival hərəkatının rəhbərliyi ilə keçirilən Böyük Britaniya, İtaliya və Qazaxıstan "Evro Music Festival" Beynəlxalq onlayn müsabiqədə iştirak ediblər.
Nəticədə onlar II dərəcəli Laureat adına layiq görülüblər. Şagirdlərin müəllimi Tamilla Rüstəmovadır.