Sumqayıtda açıq havada konsert keçirilib. Bu haqda 16 iyun tarixində Sumqayıt Bələdiyyəsinə istinadən məlumat veririk.
15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konsert Bələdiyyə Parkında baş tutub. Tədbirdə “Endorphine band” qrupunun, istedadlı gənclərin ifaları yer alıb. Həmçinin gənclər Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxı izləyiblər.
Konsert Sumqayıt Bələdiyyəsinin, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin 6 saylı Folklor klubunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.