Saray qəsəbəsində küçələrdən birinin vəziyyəti ciddi narahatlıq doğurur.
Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Murad Əliyev küçəsində sakinlər illərdir yol problemindən əziyyət çəkirlər.
Bildirilib ki, xüsusilə yağışlı havalarda küçə keçilməz vəziyyətə düşür. Nəticədə həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətində çətinlik yaranır.
"Bu küçədə yaşayan insanların da rahat və təhlükəsiz yolla hərəkət etmək haqqı var. Bir az yağış yağan kimi ərazi keçilməz olur, yolları su basır", - deyə şikayətçilər narahatlıqlarını bildiriblər.
Saray sakinləri aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin həlli istiqamətində tədbir görülməsini tələb edirlər.