Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteyn və yoldaşlıq oyunu çərçivəsində Andorra millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Sumqayit24.az AFFA-nın saytına istinadən xəbər verir ki, siyahı 27 nəfərdən ibarətdir. Onların arasında daha əvvəl Azərbaycanın U-21 millisinə çağırılan "Sumqayıt" futbol klubunun 18 yaşlı hücumçusu Nihad Əhmədzadə də yer alıb. O, ilk dəfədir ki, əsas yığmaya çağırılıb.