Sumqayıtda məhəllərdən birində ağacların hazırkı vəziyyəti narahatlıq doğurur.
Sumqayit24.az-a bu barədə 41-ci məhəllə 2b saylı binanın sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, ərazidə bir neçə aşmaq üzrədir və və küləkli hava şəraiti isə bu riski daha da artırır.
Sakinlər bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti quruma məlumat versələr də, hələlik hər hansı tədbir görülməyib.
Onlar ağacların kəsilməsini deyil, müvafiq tədbirlər görülərək aşma təhlükəsinin aradan qaldırılmasını istəyirlər.