Sumqayıt Baş Gömrük İdarəsi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar konfrans keçirib. Sumqayıt24 bu haqda 21 aprel tarixində xəbər verir.
Tədbirdən öncə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, digər dövlət qurumlarının rəhbərləri ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Çıxış edənlər Heydər Əliyevin müstəsna xidmətləri və zəngin dövlətçilik təcrübəsindən söz açıblar.
Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.