Sumqayıtda həkim mükafatlandırılıb.
Sumqayit24.az xəbər verir ki, Vərəm Xəstəxanasının baş həkimi Asif Quliyev təltifnamə ilə mükafatlandırılıb.
A. Quliyev bu mükafata Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyi münasibətilə Ftizio-Pulmonologiya sahəsində uzunmüddətli, səmərəli və fədakar fəaliyyətinə görə layiq görülüb.