Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü başlayıb.
Sumqayit24.az xəbər verir ki, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə tədris isə noyabrın 25-də olacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olub. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayıb və tam 17 gün - 25 noyabra qədər davam edəcək.