Sumqayıtda şəhidin ailəsi ziyarət olunub. Sumqayıt24 bu barədə 29 sentyabr tarixində məlumat verir.
Mədəniyyət işçiləri 1-ci Qarabağ müharibəsində şəhid olmuş Mübariz İsgəndərovun anasının yaşadığı evi ziyarət ediblər. Görüş Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli MİHİK-nın sədri Yaqub Vəliyevin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Ziyarət zamanı şəhidin xatirəsi anılıb. Onun ailəsinə maddi və mənəvi dəstək göstərilib.