“Unibank” özünüməşğulluq layihəsində iştirakını davam etdirir. Sumqayıt24 bu haqda 14 iyun tarixində Fed.az-a istinadən xəbər verir.
Proqram çərçivəsində bank tərəfindən Sumqayıt sakini və daha 3 nəfərə “Qadın gözəllik salonu” zərfi üzrə avadanlıq verilib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarına dəstək göstərirlər.