top
“Brutto müqavilə” vətəndaşlara nə vəd edir?
24 sentyabr 2025, 22:20
- ↺ +

“Brutto müqavilə” vətəndaşlara nə vəd edir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Sumqayıt da daxil olmaqla, ictimai nəqliyyatda “brutto müqavilə” sistemi tətbiq ediləcək.

Bəs bu yeni sistem sərnişindaşımada hansı problemləri həll etməyə yönəlib və sərnişinləri hansı üstünlüklərlə təmin edəcək?

Bir sözlə, bu “brutto müqavilə” sistemi vətəndaşlara nəyi vəd edir?

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Sumqayit24.az- a açıqlama verib.

Tural Orucov bildirib ki, “brutto müqavilə” modelinin tətbiqindən sonra xidmət keyfiyyəti və əlçatanlığı artacaq:

“Daşıyıcının qazancı sərnişin sayından deyil, qurum ilə bağladığı “brutto müqavilə”sinin şərtlərinə əməl etməsindən asılı olacaq. Eyni zamanda, tənzimləyici qurum cərimə sistemi tətbiq etməklə daşıyıcını yüksək xidmət səviyyəsini saxlamağa təşviq edəcək.

Bundan əlavə, daşıyıcılar nisbətən gəlirli və ya gəlirli olmayan marşrutlar arasında seçim etməkdə maraqlı olmayacaq. Bu isə şəhərətrafı marşrutlarda da eyni xidmət səviyyəsinin təmin edilməsinə və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılmasına şərait yaradacaq”.

Tural Orucov əlavə edib ki, bu müqavilə sayəsində yol daha təhlükəsiz olacaq və avtobusların ətraf mühitə mənfi təsiri azalacaq.

“Sürücülərin iş və istirahəti əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin ediləcək. Bununla da, nəqliyyat vasitələrinə keyfiyyətli texniki xidmətin göstərilməsi üçün şərait yaranacaq. Yol hərəkəti təhlükəsizliyinə təhdid yaradan amillər minimuma enəcək, yol-nəqliyyat hadisələrinin sayının əhəmiyyətli dərəcədə azalması üçün zəmin yaranacaq.

Ətraf mühitin təmizliyi məsləsinə gəldikdə isə dayanıqlı maliyyələşmə ilə ekoloji təmiz avtobusların istifadəsi mümkün olacaq. Bu da ictimai nəqliyyatı daha cəlbedici edərək fərdi avtomobillərə olan tələbatı azaldacaq və yollardakı sıxlığın qarşısı alınacaq”,- deyə o əlavə edib.

Mətbuat katibi qeyd edib ki, sahənin “kölgə” iqtisadiyyatından çıxması daha da sürətlənəcək Yəni, marşrutların nağdsız ödənişlərə keçidinin təşviq edilməsi gediş haqlarının yığılması, daşıyıcıların xidmətlərinin ödənilməsi, onların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm yaradacaq. Bununla da, sahənin  “kölgə” iqtisadiyyatından çıxarılması mümkün olacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Bu gün, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Oxşar xəbərlər