Sumqayıt şəhərində təmirə bağlanan xəstəxana barədə şikayət var.
Bu barədə Sumqayit24.az-a Hacı Zeynalabdin qəsəbəsinin sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, qəsəbədə təmirə bağlanan 3 saylı xəstəxana təxminən 3 aydır fəaliyyətini dayandırıb. Sakinlər iddia edirlər ki, bu müddət ərzində binada təmir işləri aparılmayıb.
"Qəsəbənin yeganə xəstəxanası olan 3 saylı xəstəxana təmirə bağlandığına görə hazırda fəaliyyət göstərmir. Lakin xəstəxanada heç bir təmir işi aparılmır. Xahiş edirik, təmir işlərinə başlanılsın. Çünki qəsəbədə bu xəstəxanaya böyük ehtiyac var", - sakinlər bildiriblər.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.