Bu gün Saray qəsəbəsində yaşamış şəhidimizin doğum günüdür.
Teymur Quliyev 29 oktyabr 2001-ci ildə Bakı şəhərində anadan olub. Saray qəsəbəsi 1 saylı orta məktəbi bitirib.
Ceyranbatan Peşə Liseyində təhsilini davam etdirib. Subay idi.
Saray qəsəbə sakini olan Teymur 44 günlük Vətən müharibəsində iştirak edib. Oktyabrın 24-də Füzulidə qəhrəmancasına şəhid olub və Novxanı qəsəbəsində dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, "Vətən uğrunda", ''Füzulinin azad olunmasına görə'', ''Qubadlının azad olunmasına görə'', "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə tətif edilib.