Sumqayıt şəhərində zibil qutularının yerləşdirilməsi ilə bağlı sakinlərin şikayəti həllini tapıb.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, şəhid Şöhrət Qasımov küçəsində zibil qutuları yolun kənarında yerləşdirildiyindən tullantıları atmaq istəyənlər təhlükə ilə üzləşiblər. Belə ki, avtomobillərin həmin ərazidən yüksək sürətlə keçməsi sakinlər üçün risk yaradıb.
Redaksiya tərəfindən məsələ ilə bağlı Sumqayıt Təmizlik Departamentinə məlumat verdikdən sonra ərazidə müvafiq tədbirlər görülüb. Nəticədə zibil qutuları yolun kənarından bir qədər aralıya köçürülüb.