Sumqayıtda fəaliyyət göstərən 5 nömrəli sərnişin avtobusunun hərəkət intervalı ilə bağlı şikayət var.
Sumqayit24.az-a bu barədə sözügedən marşrutdan istifadə edən sakinlər məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, adıçəkilən marşrut üzrə avtobusların hərəkət intervalı uzundur.
Bu isə sərnişinlərin, xüsusilə məktəbə və işə gedən vətəndaşların təyinat yerlərinə vaxtında çatmamasına səbəb olur.
"5 nömrəli marşrutun vəziyyəti bərbad gündədir. İnsanlar yarım saat, 1 saat dayanacaqda avtobus gözləyirlər. Avtobusun nə vaxt gələcəyi bəlli deyil. Havalar da getdikcə soyuyur, bu isə bizə ikiqat çətinlik yaradır. Xəttə cəmi 3-5 avtobus buraxılır. Onlar gələndə isə sərnişinlər sıxlıq səbəbindən qapıdan sallanmış vəziyyətdə qalırlar. Xəttə buraxılan avtobusların sayı artırılsa, belə hallar baş verməz", – sumqayıtlılar qeyd ediblər.
Onlar aidiyyəti qurumlardan marşrut üzrə avtobusların sayının artırılmasını və mövcud problemin həllini istəyirlər.
Məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb.