top
Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA
Bu gün, 13:40
- ↺ +

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda ağacların kəsilərək yerində metal köşkün quraşdırılması ilə bağlı iddia təsdiqini tapıb.

Sumqayit24.az-a bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.  

"Araşdırma zamanı ərazidə 4 ağacın qanunsuz kəsildiyi və nəticədə təbiətə 1920 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. 

Eyni zamanda, ağacların kəsildiyi ərazidə metal köşkün yerləşdirildiyi müəyyən olunub. 

Köşkün ərazidən götürülməsi və yeni ağacların əkilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə, təqsirkar şəxslərin tapılması üçün Sumqayıt şəhər Polis İdarəsinə, ərazinin mülkiyyətçisinin müəyyən edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, redaksiyamız ötən gün - oktyabrın 29-da adıçəkilən ərazidə ağacların kəsilərək yerində metal konstruksiyanın quraşdırılması ilə bağlı sakinlərin şikayətini işıqlandırıb.

Qeyd edək ki, Sumqayıtın 13-cü mikrorayonunda, Babək küçəsində də oxşar hal qeydə alınıb. Belə ki, ərazidə 8 ağacın qanunsuz kəsilərək yerində metal köşkün quraşdırıldığı və nəticədə təbiətə 5 100 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

***

Sumqayıtda ağacların kəsilərək yerində metal konstruksiyanın quraşdırıldığı iddia olunur.

Sumqayit24.az-a bu barədə 9-cu mikrorayon sakinləri məlumat veriblər.

Vətəndaşların iddiasına görə, 14 saylı binanın arxasında kiçik ağaclar kəsilərək ərazidə obyekt quraşdırılıb.

Sakinlər bildirirlər ki, bu hal həm yaşıllıqların məhv edilməsinə, həm də ərazinin görünüşünün korlanmasına səbəb olur.

"Bu obyekt əvvəl 24 saylı binanın arxasında idi. Obyektin yerləşdiyi yerdə su xəttində problem yarandığı üçün bura gətirilib", - deyə şikayətçilər idda ediblər.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə sorğu ünvanlanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Bu gün, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Bu gün, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Oxşar xəbərlər