Sumqayıt şəhərində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 16 klub və idman cəmiyyətindən 88 cüdoçu qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançılar müəyyənləşdirməkdir.