Bu gün şəhid Murad Məmmədovun anadan olduğu gündür.
Murad Məmmədov 17 aprel 1989-cu ildə Sumqayıt şəhərində doğulub. XTQ əsgəri Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-i doğulduğu Sumqayıt şəhərində - Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıblar.
Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.