22 iyun 1941-ci ildə faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Həmin an SSRİ İkinci Dünya müharibəsinə qatıldı. 9 may 1945-ci ildə 3-cü reyxin generalı Vilhelm Keytel təslim aktını imzalayır. Beləliklə, SSRİ alman faşizmi üzərində qələbə qazanır.
Böyük Vətən müharibəsi zamanı (1941-1945-ci illər) faşist Almaniyasına qarşı mübarizədə 600 mindən çox azərbaycanlı iştirak edib, onlardan 300 minə yaxın insan həlak olub.
Həmçinin 170 mindən çox azərbaycanlı orden və medallarla təltif edilib, 130 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”.