top
Bu gün o, imtahana girməli idi – qızını itirən atadan ürəkdağlayan sözlər…
21 iyul 2026, 14:55
- +

"Bu gün o, imtahana girməli idi" – qızını itirən atadan ürəkdağlayan sözlər…

Bakı–Sumqayıt yolunda baş vermiş ağır qəzada 17 yaşlı qızı Zəhranı itirən vəkil Fərhad Mehdiyev sosial şəbəkədə duyğusal paylaşım edib.

Sumqayit24.az-ın məlumatına görə, o bildirib ki, övladını itirən hər bir valideyn yalnız ağır həsrət və ağrı ilə deyil, həm də həyatını bundan sonra necə və hansı məqsədlə davam etdirəcəyi sualı ilə üz-üzə qalır. Onun sözlərinə görə, belə bir itki insanın bütün arzularını, məqsədlərini və yaşamaq stimulunu əlindən alır, bu acı ilə barışmaq isə mümkün olmur.

Fərhad Mehdiyev qeyd edib ki, insan hər gün taleyi sorğulayır, cavab axtarır, lakin övladının yoxluğunu qəbul edə bilmir. Belə vəziyyətdə artıq xoşbəxt olmaq üçün deyil, sadəcə yaşamağa məcbur olursan, övladına verə bilmədiyin sevgi isə insanın içində sağalmayan yara kimi qalır.

Vəkilin sözlərinə görə, zaman keçdikcə bir qərara gəlirsən – övladının izinin bu dünyadan silinməsinə imkan verməməli, onun danışa bilməyən dili, həyata keçməyən arzularının davamçısı olmalısan. Məhz buna görə də hər gün qızı Zəhra haqqında paylaşım edir:

"Zəhra haqqında hər gün paylaşmağımın səbəbi odur ki, gedişini və yoxluğunu qəbul edə bilmirəm. "O, buradadır" demək istəyirəm. Artıq öz həyatını deyil, onun həyatını yaşamağa məcbur olursan. Çünki özünü artıq onsuz düşünə bilmirsən."

O, valideynlərə də müraciət edərək övladlarına sevgilərini hər gün göstərməyi tövsiyə edib:

"Övladınızın yanağından bir yox, əlli dəfə öpün. Elə edin ki, bu, onun hər gün gözlədiyi bir sevgiyə çevrilsin", – deyə vəkil qeyd edib.

Fərhad Mehdiyev sonda xatırladıb ki, qızı Zəhra bu gün qəbul imtahanında iştirak etməli, gələcək arzularına doğru ilk addımını atmalı idi. Lakin həmin imtahanı bu gün onun əvəzinə özünün verdiyini və bu sınaqdan uğurla keçə bilmədiyini bildirib.

Son xəbərlər

İdman
Bu gün, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
Bu gün, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Bütün xəbərlər
Bu gün, 16:12

Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ

Bütün xəbərlər
Bu gün, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Oxşar xəbərlər