10 fevral Şəhid polkovnik-leytenant Faiq Qasımovun doğum günüdür. O, 1974-cü ildə Qubadlı rayonunda anadan olub. Rayonun ermənilər tərəfindən işğal olunmasından sonra isə (1993-cü il) Qasımovlar ailəsi Sumqayıt şəhərinə köçür və burada məskunlaşır.
27 sentyabr 2020-cildə başlayan Vətən müharibəsində, o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və müharibənin ilk günündəcə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra, qəhrəman şəhidimiz "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Qeyd edək ki, Faiq Qasımov uşaq yaşlarında, 1-ci Qarabağ müharibəsi şəhidi Əliyar Əliyevin məşqçiliyi altında güləş idman növü ilə məşğul olmuşdur.