Bu gün şəhid Ruslan İmanquliyevin mövlud günüdür. Onun 26 yaşı tamam olacaqdı.
Ruslan İmanquliyev 14 mart 1996-ci ildə Sumqayıt şəhərində anadan olub. O, H. Aslanov adına 22 saylı tam orta məktəbdə təhsil alıb. 2012-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyində “Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisasında təhsilini davam edib.
Ruslan İmanquliyev 2015-ci il iyun ayında həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ilin yanvar ayınadək xidmət edib. II Qarabağ müharibəsinin ilk günündən düşmənlə qarşı-qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşub.
2020-ci il oktyabrın 2-i Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ruslan İmanaquliyev 3 oktyabrda Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Ruslan İmanquliyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.