Sumqayıt sakini ictimai yerdə intihara cəhd edib. Sumqayıt24 bu haqda 1 oktyabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Hadisə dünən günorta saatlarında dənizkənarı bulvarda qeydə alınıb. Belə ki, 32 yaşlı E.Ə. qollarını kəsərək özünə xəsarət yetirib. Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar. Sakinə tibbi yardım göstərilib, onunla profilaktik söhbət aparılıb.