Şəhid Azər Salmanovun doğum günüdür. O, 29 aprel 1991-ci ildə Saray qəsəbəsində anadan olub.
Məlumata görə, qəsəbədəki 2 nömrəli məktəbdə natamam orta təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra sürücü kimi çalışıb. Ailəli idi.
Vətən müharibəsi vaxtı Cəbrayılın, Xocavəndin və Qubadlının azadlığı uğrunda savaşan Azər oktyabrın 28-də şəhid olub. Göstərdiyi cəsarət və şücaətə görə ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.