Ceyranbatan su anbarında suyun səviyyəsi qalxıb. Bu haqda 30 iyul tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hazırda su anbarında suyun səviyyəsi 27,49 metr, həcmi 171.37 milyon kubmetrdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsi 24,64 metr, həcmi isə 135.35 milyon kubmetr olub.