Ceyranbatan qəsəbəsində məktəbin yaxınlığında kanalizasiya sularının daşması sakinlərə, xüsusilə də şagirdlərə çətinlik yaradıb.
Sumqayit24.az-a müraciət edən sakinin sözlərinə görə, Təbrik Baxışov küçəsində, 1 nömrəli tam orta məktəbin yaxınlığında kanalizasiya quyusu daşıb.
Nəticədə əraziyə axan çirkab suları yolu keçilməz hala salıb. Məktəbə gedən şagirdlər ərazidən keçə bilmədikləri üçün yolu dolanaraq başqa istiqamətdən təhsil müəssisəsinə daxil olmağa məcbur qalırlar.