top
Sumqayıtın məşqçisi: Mövsümün sonunda yüksək yerlərdə olmaq istəyirik
Bu gün, 10:27
- ↺ +

"Sumqayıt"ın məşqçisi: "Mövsümün sonunda yüksək yerlərdə olmaq istəyirik"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu mənim üçün işdən əlavə, həm də böyük təcrübədir. Mənə belə bir şans yaratdığına görə baş məşqçimiz Uğur Özdemirə çox böyük təşəkkür edirəm.

Bu sözləri "Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov klubun mətbuat xidmətinə müsahibəsində deyib.

- "Sumqayıt" karyeranızda çalışdığınız ilk peşəkar klubdur. Təəssüratlarınız necədir?

- Təəssüratlar çox gözəldir, çünki cavan məşqçi kimi bu səviyyədə çalışmaq dəyərlidir. Bu mənim üçün işdən əlavə, həm də böyük təcrübədir. Mənə belə bir şans yaratdığına görə baş məşqçimiz Uğur Özdemirə çox böyük təşəkkür edirəm. Ondan çox şey öyrənirəm. Uğur hocanı "Xırdalan"da işləyəndən tanıyırdım, onun iş prinsiplərini çox bəyənirdim. Elə alındı ki, peşəkar səviyyədə ilk komandamda da onunla bir yerdə çalışmaq qismətimə düşdü. Ümumiyyətlə, bu yerlərə gəlib çıxmağımda əməyi keçən bütün müəllimlərimə — Tərxan, Fuad və Mehran bəyə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu mövsüm mənim üçün böyük təcrübə olacaq.

- Komanda keçirdiyi yeddi oyunda üç qələbə qazanıb. Çıxışı necə dəyərləndirirsiniz?

- Məncə, keçirdiyimiz 7 oyunda layiq olduğumuz performansı göstərə bilməmişik. Kifayət qədər peşəkar və yüksək səviyyəli oyunçularımız olsa da, mövsümə gec başladığımızdan problemlər yaşandı. Sistem bir az gec oturuşdu, oyunçular bir-birini yaxşı tanımadı... İlk oyunlarımızda çox səhvlərə yol verirdik. İnkişaf etmiş liqamızda belə səhvlər bağışlanmazdır. Çempionatda hər oyun böyük əhəmiyyət kəsb edir. İki həftəlik fasilə bizim üçün çox yaxşı oldu ki, biz də indi bundan yararlanıb öz səhvlərimiz üzərində işləyirik. Buna baxmayaraq, get-gedə daha yaxşı komandaya çevrilirik, biz bundan da yaxşı olacağıq. Kollektiv daxilində yüksək əhval-ruhiyyə var!

- Komandanın fiziki durumu haqda nə deyə bilərsiniz? Ən çox hansı periodlarda çətinlik yaşayır?

- Əsasən, problemlərimiz 3-cü və 4-cü periodlarda baş qaldırır. İlk 3-4 oyunda ümumiyyətlə bunun əziyyətini çəkmişik. Matçlara yaxşı başlayırdıq, amma sonradan nəzarət əlimizdən çıxırdı. Bu da dediyim kimi, mövsümə gec başlamağımız və hazırlıqsız olmağımızla əlaqədar idi. Amma indi komanda yaxşı vəziyyətdədir, oyunumuzu mükəmməlləşdirmək üçün hər gün çalışırıq. Son matçlarda yaxşı çıxış etmişik və bundan da yaxşı olacağıq.

- Ənənəvi sual: Hədəflər nədən ibarətdir? Mövsümün sonunda "Sumqayıt"ı harada görürsünüz?

- Birinci növbədə hədəfimiz liqa mərhələsini "ilk 4-lük"də bitirməkdir. Sonra da pley-offda Sumqayıt şəhərini layiqli şəkildə təmsil etmək istəyirik. Mövsümü yüksək yerlərdə başa vurmağı planlaşdırırıq. Hədəflərimiz böyükdür! Hər şey istəkdən asılıdır, məncə, biz bunu bacaracaq gücdəyik! Komandamıza güvənirəm!

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:18

Şuşa uğrunda canından keçən sumqayıtlının doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:18

Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişdi

İdman
Dünən, 18:15

Sumqayıtda Əməkdar məşqçinin yubileyi qeyd olunub

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda bu tarixlərdə hava yağıntılı olacaq - xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtlı qızın zəkası onu zirvələrə daşıdı

Bütün xəbərlər
Dünən, 16:20

SDU sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirir

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda çoxqatlı kraft-kağız kisələrin istehsalına başlanılacaq

Bütün xəbərlər
Dünən, 15:15

Bakı və Abşeronda sənədsiz evlərlə bağlı yeni təklif

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda sabah 16 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:20

Novxanıda kişi qonaq getdiyi evdə ölüb

Bütün xəbərlər
Dünən, 13:56

Sumqayıt məktəbində 1 sinifdə 52 şagird təhsil alır? – İDDİA

Bütün xəbərlər
Dünən, 13:52

Aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib

Bütün xəbərlər
Dünən, 13:12

Sumqayıt-Qazax istiqamətinə gedənlərə şad xəbər - yeni reys açıldı

İdman
Dünən, 12:32

Sumqayıtlı qız tennisçilər Azərbaycanda rəqib tanımadılar

Bütün xəbərlər
Dünən, 11:52

Sumqayıt məhkəməsinin rəy verdiyi işdə QƏRAR: ad dəyişmək asanlaşdı

Bütün xəbərlər
Dünən, 11:12

Sumqayıtdakı dayanacaq elektrik cərəyanı keçirir? - İDDİA

Bütün xəbərlər
Dünən, 10:32

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı təfərrüat

Bütün xəbərlər
Dünən, 09:53

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxsin fotosu

İdman
Dünən, 09:52

"Sumqayıt"ın məşqçi və futbolçuları üçün seminar keçirilib

Bütün xəbərlər
26 noyabr 2026, 19:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
26 noyabr 2026, 19:00

Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi

Bütün xəbərlər
26 noyabr 2026, 18:34

Almaniyada işləmək istəyən sumqayıtlıların DİQQƏTİNƏ

Bütün xəbərlər
26 noyabr 2026, 17:54

Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü

Oxşar xəbərlər