top
Sumqayıtda kişi həkimə getmək istəyən arvadını döydü…
Bu gün, 11:27
- ↺ +

Sumqayıtda kişi həkimə getmək istəyən arvadını döydü…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Məlumata görə, hadisə Kimyaçılar qəsəbəsi ərazisində baş verib. Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Məhərrəm yaşadığı evdə qeyri-rəsmi nikah münasibətində olduğu Sara (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranan mübahisə zamanı Məhərrəm yumruq zərbələri ilə Saranı döyüb.

Məhərrəm barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, bazar günü işdən evə gəldiyi zaman Sara ondan onu həkimə aparmasını tələb edib:

"Saraya onu birinci gün həkimə aparacağımı bildirdim. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı ona şillə vurdum. Həmçinin əlimin iç nahiyəsi ilə burnuna zərbə yetirdim".

Təqsirləndirilən şəxs deyib ki, uzun müddətdir Sara ilə birlikdə yaşayırlar. Onun sözlərinə görə, onların iki övladı var.

Məhərrəm zərərçəkmiş şəxslə barışdığını və əməlinə görə peşman olduğunu bildirib.

İş üzrə zərərçəkmiş Sara da Məhərrəmlə barışdığını deyib. O, Məhərrəmdən bir daha onu narahat etməməsini xahiş etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Məhərrəm barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Mənbə: Demokrat.аz

Son xəbərlər

İdman
Bu gün, 10:27

"Sumqayıt"ın məşqçisi: "Mövsümün sonunda yüksək yerlərdə olmaq istəyirik"

Bütün xəbərlər
Bu gün, 10:18

Şuşa uğrunda canından keçən sumqayıtlının doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:18

Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişdi

İdman
Dünən, 18:15

Sumqayıtda Əməkdar məşqçinin yubileyi qeyd olunub

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda bu tarixlərdə hava yağıntılı olacaq - xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtlı qızın zəkası onu zirvələrə daşıdı

Bütün xəbərlər
Dünən, 16:20

SDU sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirir

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda çoxqatlı kraft-kağız kisələrin istehsalına başlanılacaq

Bütün xəbərlər
Dünən, 15:15

Bakı və Abşeronda sənədsiz evlərlə bağlı yeni təklif

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda sabah 16 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:20

Novxanıda kişi qonaq getdiyi evdə ölüb

Bütün xəbərlər
Dünən, 13:56

Sumqayıt məktəbində 1 sinifdə 52 şagird təhsil alır? – İDDİA

Bütün xəbərlər
Dünən, 13:52

Aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib

Bütün xəbərlər
Dünən, 13:12

Sumqayıt-Qazax istiqamətinə gedənlərə şad xəbər - yeni reys açıldı

İdman
Dünən, 12:32

Sumqayıtlı qız tennisçilər Azərbaycanda rəqib tanımadılar

Bütün xəbərlər
Dünən, 11:52

Sumqayıt məhkəməsinin rəy verdiyi işdə QƏRAR: ad dəyişmək asanlaşdı

Bütün xəbərlər
Dünən, 11:12

Sumqayıtdakı dayanacaq elektrik cərəyanı keçirir? - İDDİA

Bütün xəbərlər
Dünən, 10:32

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı təfərrüat

Bütün xəbərlər
Dünən, 09:53

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxsin fotosu

İdman
Dünən, 09:52

"Sumqayıt"ın məşqçi və futbolçuları üçün seminar keçirilib

Bütün xəbərlər
26 noyabr 2026, 19:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
26 noyabr 2026, 19:00

Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi

Bütün xəbərlər
26 noyabr 2026, 18:34

Almaniyada işləmək istəyən sumqayıtlıların DİQQƏTİNƏ

Oxşar xəbərlər