Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 6-də arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.
Sumqayıt və Novxanıda dəniz suyunun temperaturu 24-25° isti olacaq.