Sumqayıt şəhərində yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sumqayıt24 bu barədə 27 sentyabr tarixində xəbər verir.
Qəza şəhərin Səməd Vurğun küçəsində, “Esmira” Şadlıq Sarayının yaxınlığında baş verib. Çörəkdaşıyan maşın və “VAZ” markalı minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb.