Corat qəsəbəsində avtobus dayanacağının hazırkı vəziyyəti barədə şikayət var.
Bu barədə Sumqayit24.az-a yerli sakinlər məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, Corat qəbiristanlığının yaxınlığında, dəniz kənarında yerləşən dayanacağın yenilənməsinə ehtiyac var.
Redaksiyamıza təqdim edilən fotodan da görünür ki, dayanacaq küləkdən və soyuqdan qorunmaq üçün kifayət qədər qapalı deyil. Bu isə xüsusilə soyuq və küləkli havalarda avtobus gözləyən sərnişinlər üçün çətinlik yaradır.
Şikayətçilər müvafiq qurumlardan dayanacaqdakı mövcud problemin həll edilməsini tələb edirlər.