Sumqayıtda qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib.
Məlumata görə, hadisə 6-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Hikmət Əhmədov 1963-cü il təvəllüdlü qonşusu Nəsrəddin Mirzəyevə mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Mənbə: Teleqraf.az