Corat qəsəbəsində birmərtəbəli evdə yanğın baş verib. Bu haqda 8 avqust tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 200 kv.m. olan 3 otaqlı evin giriş hissəsində taxta konstruksiyadan ibarət tavan, çardağ 3 kv.m sahədə və 1 ədəd kondisioner qismən yanıb. FHN-in əməkdaşları tərəfindən tikili yanğından mühafizə olunub. Alov söndürülüb.