Corat qəsəbəsindəki mərkəzi parkda abadlıq-quruculuq işləri yekunlaşıb. Bu haqda 11 aprel tarixində Sumqayıt24 xəbər verir.
Şəhid Taleh Kərimovun adını daşıyan küçədə yerləşən istirahət güşəsi sakinlərin istifadəsinə verilib. Parkın istismara yararsız tamet örtüyü yenilənib, işıq dirəkləri quraşdırılıb. Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün oturacaq və kölgəliklər yaradılıb. Yaşıllıqlar salınıb və ağaçlar budanıb. Suvarma sistemi çəkilib.
Eləcə də Böyük Vətən müharibəsi abidəsinin və Sumqayıtın fəxri vətəndaşı, Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın büstünün ətrafı abadlaşdırılıb.
[modula id="34461"]