top
“Çox məşhur dövlət adamı mənə şabaş verib”-  Ziko ləqəbi ilə tanınan oriental rəqqas ilə Özəl MÜSAHİBƏ
01 aprel 2025, 07:30
- +

“Çox məşhur dövlət adamı mənə şabaş verib”-  Ziko ləqəbi ilə tanınan oriental rəqqas ilə Özəl MÜSAHİBƏ

Oriental və ya şərq rəqsi Yaxın Şərq və Şimali Afrika mədəniyyətlərinə aid olan bir rəqs növüdür. Bu rəqs üslubu, çox zaman qadınlar tərəfindən icra edilir və onun əsas xüsusiyyətləri arasında incə və cəlbedici hərəkətlər, çəkişmə və axıcılıq yer alır. Oriental rəqsi, ritmik və melodik musiqi ilə uyğun olaraq, bədənin müxtəlif hissələrinin müstəqil şəkildə hərəkət etməsini əks etdirir.

Bu rəqs üslubu, çox zaman qadınlar tərəfindən icra edilsə də, müxtəlif ölkələrdə kişilər tərəfindən də ifa edilir.

Sumqayit24.az-ın müsahibi Ziko ləqəbi ilə tanınan oriental rəqqas Zaur M. ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mənim 25 yaşım var. Ziko ləqəbi ilə tanınıram. Sumqayıt şəhərində yaşayıram.

- Necə oldu ki, oriental rəqs ilə məşğul olmağa başladınız?

- Bizim nəslimiz ümumiyyətlə istedadlıdır. Başqa ölkələrdə zenneləri ( Əski köçəri ənənəsində toy və şənliklərdə qadın geyimində qadınlar kimi rəqs edən kişilərə verilən addır) görüb, burada da mən olmaq istədim.

- Bu sənətə olan marağınız nə vaxt və necə inkişaf etməyə başladı?

-⁠ Rəqqasə Aytənin sayəsində məclislərim artdı. Daha sonra insanlar məni tanımağa başladılar. Çünki rəqsi düzgün oynayırdım bəyənilmişdi.

- Bu sənətə qarşı olan ictimai münasibəti necə qiymətləndirirsiniz? Oriental rəqs oynayanda hansı stereotiplərlə qarşılaşırsınız?

- Əvvəllər çox çətin idi. Reytinqlərə görə saytlarda məni başqa cür paylaşırdılar. Amma məni tanıyıb, rəqsimi izlədikdən sonra anladılar ki, mən sadəcə oriental rəqsi düzgün təbliğ edirəm. Daha sonra hər şey düzəldi. Hətta ailə məclislərinə də dəvət alıram.

- Sizə ilham verən oriental rəqs ustaları kimlərdir?

- Oxana Bazaeva və Didem Kınalıdır.

- Ən sevdiyiniz və ən çox performans etdiyiniz oriental rəqslər hansılardır?

- Mən darbuka və baladi rəqslərini sevirəm.

- Gələcəkdə bu sənətdə hansı hədəfləriniz və planlarınız var?

- Gələcəkdə insanlara özümü daha da sevdirmək və bu sənətə olan diqqəti cəlb etmək istəyirəm. Hamı bu çətin oriental  sənətinə qiyməti düzgün verməlidir.

- Oriental rəqsin müasir dövrə uyğunlaşması haqqında nə düşünürsünüz?

- Çox yaxşı, hər şeydə necə müasirləşmişiksə, bu rəqs də keçmişə baxanda artıq adi hala çevrilib.

- Sizin üçün oriental rəqsin ən əhəmiyyətli cəhəti nədir: texnika, ifadə və ya emosional əlaqə?

- Məncə üçü də əhəmiyyətlidir. Lakin texnika mütləqdir.

- Rəqs sənətini izləyənlərə hansı mesajı vermək istəyirsiniz?

- Düzgün ritm tutun, rəqsi sevin. Bu rəqs ən gözəl idman növlərindən biridir. Rəqsi düzgün oynamasan, günah olar.

- Heç qınaq ilə qarşılaşmısınızmı?

- O qədər..

- Ailə üzvlərinizin sizin sənətinizə münasibəti necədir?

- Əvvəl təbii ki, qarşı idilər. Bütün nəslim bilir. Axır ki, bu rəqslə məşğul olduğumu anladılar.

- Siz oriental ilə məşğul olan ilk kişisiniz. Bu barədə nə deyə bilərsiniz?

- Xeyr, ilk mən deyiləm. Məndən əvvəl də bu rəqslə məşğul olan olub. Sonralar davam etməyib, xaricə gedib. Son 20 ilin orientalı özüməm.

- Gəliriniz nə qədərdir?

- Gəlirə o qədər də marağım yoxdur. Mən rəqsi sevərək edirəm. Şükür, hər şey qaydasındadır. O qədər olub ki qızların xına mərasimində təmənnasız oynamışam..

- Kişi cinsindən olan şəxslərdən bu rəqsi sizdən öyrənmək üçün müraciət edənlər olub?

- Müraciət edən olub. Lakin alınmadı, gəlmədilər və bacarmadılar.

- Sizin üçün ən çətin və ya ən xüsusi anlardan biri nə olub?

- Mənim üçün ən çətin an müğənni Xatunun konsertində oldu. Açılış edərkən 1000 nəfərin önündə yıxıldım.

Xüsusi anım isə çox məşhur dövlət adamının mənə şabaş verməyi oldu. Məclis bitəndən sonra onun kimliyini bilmişəm.

Nəzrin Vahid

 

 

 

Son xəbərlər

İdman
Bu gün, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
Bu gün, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Bu gün, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Bu gün, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Bu gün, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Bu gün, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Bu gün, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Bu gün, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Bu gün, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Dünən, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Oxşar xəbərlər