Sumqayıtda çinar ağacı aşma təhlükəsi ilə üzləşib. Sumqayıt24 bu haqda 9 iyun tarixində xəbər verir.
Şəhərin 5-ci mikrorayonunda yerləşən ağacın gövdəsi (içi) çürüyüb və aşaraq digər ağaca söykənmiş vəziyyətdə qalıb. Sakinlər bədbəxt hadisə baş verməsindən narahatdırlar. Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinə müraciət olunub, lakin nəticə yoxdur.