Türkiyədə baş verən faciəvi zəlzələdən 1 il ötür. Bu haqda 6 fevral tarixində Sumqayıt24 xəbər verir.
Dəhşətli zəlzələ 53 mindən çox insanın həlak olmasına səbəb olub. Türkiyənin Malatya şəhərində ölənlər arasında 2 sumqayıtlı olmaqla ümumilikdə 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə də var idi.
Təbiət hadisəsindən sonra Türkiyəyə ilk xarici heyət olaraq özünü çatdıran Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla 725 nəfər göndərib.