Dələduzlar redaksiyamızın adından istifadə edərək insanları aldadırlar.
Sosial şəbəkə hesablarımızda 29 aprel tarixindən etibarən uduşlu (150 AZN) müsabiqə elan edilib. Bəzi fırıldaqçılar saxta profillərdən izləyicilərimizə onların qalib seçildiyini bildirirlər. “Mükafatı vermək” adı ilə insanlardan bank kartlarının məlumatlarını tələb edirlər.
İzləyicilərimizə səslənərək bildiririk ki, müsabiqə mayın 22-si bitəcək. Qalib təsadüfi seçim yolu ilə müəyyən ediləcək və onun adı yalnız Sumqayit24.az-ın rəsmi hesablarında elan olunacaq. Sizi dələduzların “tələsinə” düşməmək üçün diqqətli olmağa çağırırıq. Bu cür hallarla rastlaşdıqda bizə məlumat verməyiniz xahiş olunur.