Sumqayıtlı müğənni Damla göz yaşlarına qərq olub. Sumqayıt24 bu haqda 28 avqust tarixində xəbər verir.
Məlumata görə, məşhur sənətçinin sevimli pişiyi Çarli ölüb. Müğənni ev heyvanının cəsədini qucaqlayaraq hönkür-hönkür ağlayıb. Həmin anların görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb.
"Mən evə gedəndə kim məni qarşılayacaq? Çarli, "mama"nı niyə qoyub gedirsən? Mən sənsiz neyləyəcəyəm?" – deyə Damla videoda nalə çəkib.
[video width="1920" height="1080" mp4="https://sumqayit24.az/storage/photos/2023/08/Sequence-01_1.mp4"][/video]