Sumqayıt Tibb Mərkəzinin (STM) Aptek bölməsinin 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində (Ünvan: 9-cu mikrorayon ev25A) fəaliyyət göstərən imtiyazlı apteki 2 nömrəli Şəhər Xəstəxanasına (Ünvan: Sahil küçəsi, 52-ci məhəllə) köçürülüb.
Sumqayit24.az xəbər verir ki, imtiyazlı əhali qrupu üçün nəzərdə tutulan dərmanlar həmin xəstəxanada ixtisaslı həkim tərəfindən reseptə yazılacaq və orada fəaliyyət göstərən aptek tərəfindən vətəndaşların dərman təminatı həyata keçiriləcək.
1 nömrəli və 5 nömrəli ailə sağlamlıq mərkəzlərində həkim tərəfindən yazılan şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanları, eləcə də digər terapevtik dərmanları isə vətəndaşlar 2 nömrəli Şəhər Xəstəxanasının imtiyazlı aptekindən əldə edə biləcəklər.
3 nömrəli və 4 nömrəli ailə sağlamlıq mərkəzlərində həkim tərəfindən yazılan dərmanlar isə 1 nömrəli Şəhər Xəstəxanasının (Ünvan: 40-cı məhəllə, Heydər Əliyev prospekti 320) imtiyazlı aptekində qarşılanacaq.