Millət vəkili Hicran Hüseynova vətəndaş qəbulu keçirib. Bu haqda 27 aprel tarixində Sumqayıt24 xəbər verir.
41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Hicran Hüseynova seçiciləri YAP şəhər təşkilatının inzibati binasında fərdi qaydada qəbul edib. Deputat vətəndaşların müraciət və təkliflərini dinləyib, qazilərin, ümumilikdə hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Sakinlər, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.