Sumqayıtda direktorların işə qəbulu müsabiqəsinin növbəti mərhələsi keçiriləcək. Sumqayıt24 bu barədə 1 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Sumqayıt və Bakı şəhərlərində bu gün təşkil ediləcək imtahanda 1022 namizədin iştirakı nəzərdə tutulur. Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.
Sözügedən vəzifə şagird sayı 500-dən çox olan təhsil ocaqlarını əhatə edir.