Şəhid Fərid Mehbalının qırx mərasimi keçiriləcək. Sumqayıt24 bu barədə 20 oktyabr tarixində məlumat verir.
Yas mərasimi oktyabrın 22-si baş tutacaq. İlk öncə saat 10:00-da 2-ci Fəxri Xiyabanda şəhidinin məzarı ziyarət olunacaq. Daha sonra Qurd qapısında ehsan süfrəsi veriləcək. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Fərid Mehbalı sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Yaşadığı H.Z.Tağıyev qəsəbəsində şəhidlə vida mərasimi keçirilmişdir.